Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Özbəkistanın “Özbəkneftqaz” şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi üzrə yol xəritəsi imzalanıb.
Bu barədə 5 iyul tarixində SOCAR-ın birinci vitse-prezidenti, SOCAR prezidenti vəzifəsinin müvəqqəti icraçısı Rövşən Nəcəf “Twitter” hesabında paylaşım edib.
Qeyd edək ki, Rövşən Nəcəf bu gün Özbəkistana səfər edib.
“Uzbekneftqaz” ASC-nin İdarə Heyətinin sədri Mehriddin Abdullayev ilə keçirilən görüşdə ??#SOCAR və ?? #Uzbekneftegaz arasında əməkdaşlığın genişləndirilməsi üzrə Yol xəritəsi imzalandı. pic.twitter.com/4L7081mNc0
— Rovshan Najaf (@RovshanNajaf) July 5, 2022