2017-2021-ci illər ərzində Azərbaycan Moskva iqtisadiyyatına 467 milyon dollar yatırıb. Bu barədə 6 iyun tarixində Moskvanın mer müavini Vladimir Yefimova istinadən İnterfax məlumat verib.
Onun sözlərinə görə, son 5 il ərzində investisiyaların həcmi 3,8 dəfə, 2020-ci ilin oktyabrından 2021-ci ilin sentyabr ayına qədər isə 15,6% artıb. İnvestisiyalar, əsasən, kimya sənayesinə və daşınmaz əmlaka yatırılıb. Vladimir Yefimov, həmçinin qeyd edib ki, 2013-cü ildən Rusiya paytaxtında SOCAR-ın törəmə şirkəti fəaliyyət göstərir.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycanla Moskva arasında ticarət dövriyyəsi 1 milyard dollara yaxın olub. Bu da 2020-ci illə müqayisədə 11,8% çoxdur.