Sosial Tədqiqatlar Mərkəzi tərəfindən “Azərbaycanda əsas problem kimi nələri görürsünüz?” və “Prezidentdən əsas gözləntiləriniz nələrdir?” mövzularında rəy sorğusu keçirilib.
Belə ki, suallara cavab verən şəxslər ölkədə əsas problem kimi qiymətlərin bahalaşmasını, narkomaniyanı və süni qiymət artımının tənzimlənməməsini qeyd ediblər.
[gallery link="file" columns="1" size="full" ids="54049"]
Sorğuya əsasən, vətəndaşların ölkə rəhbərindən əsas gözləntiləri yeni iş yerlərinin açılması, sosial rifahın artırılması və məmur özbaşınalığının qarşısının alınması olub.
[gallery link="file" columns="1" size="full" ids="54053"]
Sorğu yanvar-aprel aylarını əhatə edib və ölkənin 12 iqtisadi rayonu üzrə aparılıb. Respondentlərin 52% kişi, 48%-i isə qadın olub.