“Sputnik Azərbaycan”ın şef-redaktoru Veranika Antonova-Trizno və onun əri Pavel Antonovun ölkəmizdə iş və yaşayış icazələrinin müddəti uzadılmayıb. Bu, Dövlət Miqrasiya Xidmətinin yaydığı siyahıda əks olunub.
Onlar yaxın zamanda Azərbaycanı tərk etməlidirlər. Pavel Antonov həmin xəbər agentliyində mətbuat mərkəzinin prodüseri vəzifəsində çalışır. Adıçəkilən hər iki şəxs Belarus vətəndaşıdır.
Cütlüyün hazırkı iş icazəsinin vaxtı bir illik idi.
Qeyd edək ki, sosial şəbəkələrdə sözügedən media qurumunun fəaliyyətinin dayandırılması ilə bağlı aksiyalara başlanılmışdı. “Sputnik”in Azərbaycan redaksiyası Rusiyanın təbliğatını aparmaqda və ara-sıra erməni maraqlarını önə çəkməkdə günahlandırılırdı.
[gallery columns="1" size="full" link="file" ids="52806"]