İstehlaka yararsız və istifadə müddəti bitmiş 1380 kiloqram müxtəlif növ qida məhsulları (donmuş tərəvəz, pendir, dəniz məhsulları) tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib. Bu barədə 15 mart tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.
Məlumatda bildirilib ki, qida zəncirinin bütün mərhələsində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.