Oktyabrın 19-da Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun 16 kilometrlik Şükürbəyli–Cəbrayıl hissəsi istifadəyə verilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib.
Uzunluğu 42 kilometr olan köhnə yol 2,3 kilometr qısaldılaraq 39,7 kilometrlik yeni yolla əvəzlənib. Yolun üzərində yerləşən 6 körpünün tikintisi başa çatıb.
Həmçinin yol boyunca 45 dairəvi suötürücü boru, 49 ehtiyat keçid borusu, 25 düzbucaqlı suötürücü, 7 düzbucaqlı heyvan keçidi tikilib, 366 metr uzunluğunda beton, 1 620 metr daş istinad divarları çəkilib, 18 avtobus dayanacağı quraşdırılıb.
Qeyd edək ki, bu yol Prezidentin 2021-ci il 29 aprel tarixli Sərəncamı ilə inşa olunub.