Sumqayıtda 15 yaşlı oğlan bıçaqlanıb. Bu barədə iyunun 10-da Report məlumat yayıb.
Hadisə iyunun 8-də 12-ci mikrorayonda yerləşən məcburi köçkün şəhərciyində qeydə alınıb. 16 yaşlı Ayxan Rzayev şəxsi münasibətlər zəminində 15 yaşlı Nihat Muxtarova bıçaq zərbəsi endirib. Şahidlərin sözlərinə görə, Nihat Muxtarovun anası oğlunun bıçaqlandığını görüb və özünü yaşadığı binanın ikinci mərtəbəsindən yerə atıb.
Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Ayxan Rzayev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.