Xəzər dənizinin Sumqayıt akvatoriyasında və Kür çayında balıq ovlayan iki nəfər saxlanılıb. Bu barədə iyunun 23-də Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Brakonyerlərin Sumqayıt sakini Ramil Hüseynov və Neftçala sakini Murad Hacıyev olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Həmçinin qeyd edilib ki, ayrı-ayrı inzibati rayonlarda su hövzələrindən ümumilikdə 500 metr uzunluğunda sintetik tor yığışdırılıb.
Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.