Sumqayıt-Bakı qatarının qrafikində gecikmə yaranıb. Bu barədə oktyabrın 14-də APA xəbər yayıb.
Belə ki, Sumqayıt-Pirşağı-Bakı marşrutu ilə hərəkət edən sürət qatarı mənzil başına 08:30-da çatmalı olduğu halda, 13 dəqiqə gecikib.
Buna səbəb hərəkət siqnallarında yaranan texniki nasazlıq olub.