Bu gün, mayın 14-də Sumqayıt Dənizkənarı Bulvarında inklüziv veloyürüş təşkil olunub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Veloyürüşdə 10 nəfər Vətən müharibəsi əlili də iştirak edib. Bildirilib ki, veloyürüşün məqsədi bu kateqoriyadan olan şəxslərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinə, idmana marağın artırılmasıdır.
“Məqsəd həmçinin onları para-velosiped idman növünə cəlb etməklə cəmiyyətə inteqrasiya və sosial-psixoloji reabilitasiyalarına dəstək verməkdir”, - deyə əlavə edilib.
[URIS id=48413]