Sumqayıt şəhərinin 17-ci mikrorayonunda 25 yaşlı qadın tanışı tərəfindən qətlə yetirilib. Bu haqda mayın 13-də APA məlumat verib.
Gənc qadının 28 yaşlı tanışı mayın 8-də onu şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı boğaraq öldürüb. Mərhumun cəsədi mayın 12-də onun kirayə yaşadığı mənzildə aşkarlanıb.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsilə cinayət işi açılıb. Qətli törədən şəxs saxlanılıb.