Sumqayıt Kimya Sənaye Parkında yeni rezident - “AK PACK” MMC yumşaq polimer qablaşdırma məhsulları istehsalı müəssisəsini inşa edəcək. Bu barədə 6 may tarixində SKSP-nin rəsmi səhifəsində məlumat verilib.
Məlumata əsasən, investisiya dəyəri 7 milyon manatdan çox olan müəssisədə 35 nəfər daimi iş yerləri ilə təmin ediləcək. Müəssisədə istehsal olunan məhsulların xarici ölkələrə də ixracı nəzərdə tutulur.
Qeyd edək ki, müəssisədə istehsal ediləcək məhsullar qida sənayesində və qablaşdırma sahələrində istifadə olunacaq.