Sumqayıtda qadını avtobusdan itələyib yıxan sürücü işdən çıxarılıb. Bu barədə iyunun 29-da "Sumqayıt Nəqliyyat-1" MMC-nin direktoruna istinadən APA məlumat yayıb.
Qeyd edək ki, hadisə iyunun 16-da 12 saylı avtobusda baş verib. Sərnişin Sənubər Baxşəliyeva və sürücü Aqil Kosayevin arasında mübahisə olub. Nəticədə sürücü qadını itələyib və o, avtobusdan yerə yıxılıb. S.Baxşəliyevanın vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı polis bölməsində araşdırma aparılır.