Sumqayıtda qətl törətməkdə təqsirləndirilən şəxsin işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu barədə mayın 27-də Report məlumat paylaşıb.
Hadisə 2022-ci ilin fevralında baş verib. 1979-cu il təvəllüdlü şəxs aralarında yaranmış mübahisə zamanı 1977-ci il təvəllüdlü tanışını bıçaqlayaraq öldürüb.
Şübhəli şəxs barəsində “Qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə” maddəsilə cinayət işi açılıb.