Bu gün, iyunun 30-da Sumqayıtda üç azyaşlı bacının analarının sevgilisi tərəfindən fiziki zorakılığa məruz qalması haqda məlumat yayılıb. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmisi Kəmalə Ağazadə xəbər verib.
Məlumata görə, uşaqlar analarının sevgilisi tərəfindən döyülüblər. Daha sonra isə onlar xala və babasının köməkliyi ilə sığınacağa yerləşdiriliblər.
Faktla bağlı “qəsdən sağlamlığa yüngül zərər vurma” maddəsilə cinayət işi başlanıb. Araşdırma davam edir.
Qeyd edək ki, yetkinlik yaşına çatmayan uşaqların anası və onun sevgilisi narkotik aludəçisidir. Bu səbəbdən azyaşlılar bir ildir ki, təhsildən yayınıblar.