Sumqayıtda intihar edən 20 yaşlı gənc 44 günlük Vətən müharibəsi iştirakçısı olub. Bu barədə Lent.az məlumat paylaşıb.
O, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Mərhum Salyan rayonunun Kürqaraqaşlı kəndindən olub, Sumqayıtda kirayədə yaşayırdı.
***
09:00
Sumqayıtın 34-cü məhəlləsində ötən gecə 20 yaşlı gənc intihar edib. Bu haqda APA iyunun 1-də xəbər verib.
O, özünü yaşadığı evdə asıb. İntiharın səbəbi məlum deyil.
Faktla bağlı araşdırma davam edir.
Mərhumun mayın 30-da 20 yaşı tamam olub.