Sumqayıtda 3 minə yaxın sakinin yaşadığı əraziyə yeni su xətləri çəkilir. Bu barədə 26 sentyabr tarixində Report məlumat verib.
Novxanı bağları yaşayış massivində çəkilən yeni xətt 500-ə yaxın abonentə verilən suyun keyfiyyətini daha da yaxşılaşdıracaq.
Bundan başqa, Sahil küçəsində yerləşən kafe, restoran və digər ictimai-iaşə obyektlərinin kanalizasiya xətləri magistral xəttə birləşdiriləcək.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, uzunluğu 7 km olan adıçəkilən küçəyə 70 000 kvadratmetr asfalt vurulması nəzərdə tutulub. Artıq yolun istismara yararsız asfalt qatının qaşınmasına başlanılıb.
[gallery link="file" size="full" ids="132563,132564,132565"]