Sumqayıt şəhərində 37 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Bu barədə 18 oktyabr tarixində Report məlumat verib.
Belə ki, 1985-ci il təvəllüdlü Aslanov Qoşqar Şahmalı oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.