Sumqayıtda əmək yarmarkası keçirilib. Bu haqda iyunun 14-də Dövlət Məşğulluq Agentliyi məlumat verib.
Yarmarkada 43 müəssisə xidmət, istehsal, tikinti və s. sahələrdə 400-dən çox vakansiya ilə iştirak edib. İşsiz və işaxtaran şəxslərdən CV-lər qəbul edilərək nəzərdən keçirilib.
Tədbir zamanı vətəndaşlara özünüməşğulluq proqramı və peşə hazırlığı kursları barədə də məlumat verilib.