Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 22 oktyabr tarixində APA məlumat verib.
Hadisə şəhərin “Daş bazarı” adlanan ərazisində, Məhəmməd Əsədov küçəsində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən 18-ci mikrorayon sakini, 56 yaşlı Validə Sultanovanı 17-ci mikrorayon sakini Pərviz Muradxanovun idarə etdiyi “İveco” markalı avtobus vurub.
56 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.