Sumqayıtda avtobusların birində sürücü ilə sərnişin arasında insident baş verib. Bununla bağlı iyunun 29-da sosial şəbəkələrdə video yayılıb.
Mübahisə zamanı qadın sürücünü təhqir edərək əlindəki çanta ilə ona zərbələr endirib. Bundan sonra kişi onu təpiklə itələyərək avtobusdan yerə yıxıb. Nəticədə sərnişin açıq qapıdan səkiyə çırpılıb.
Bildirilib ki, qadın yüngül xəsarət alıb. Hazırda vəziyyəti yaxşı kimi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
View this post on Instagram