Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Rəhim Əlyar oğlu Rəsulovun nəşinin qalıqları Sumqayıt şəhərinə gətirilib. Bu barədə 19 iyul tarixində Report məlumat verib.
Şəhidin nəşindən qalanlar Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub.
Qeyd edək ki, Rəhim Əlyar oğlu Rəsulov 1967-ci il dekabrın 19-da anadan olub. O, 1991-ci il dekabrın 28-də Kərkicahan kəndində itkin düşüb.
[gallery link="file" columns="1" size="full" ids="186344"]