top
Sumqayıtda burun əməliyyatına girən qadının gözündə çəplik yaranıb
09 iyul 2024, 01:58
- ↺ +

Sumqayıtda burun əməliyyatına girən qadının gözündə çəplik yaranıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Anam burnundakı polipə görə girdiyi əməliyyatdan gözündən zədə alaraq çıxıb. Həkim isə bizə: “Gözləyin, düzələcək”, - deyir. Təkrar əməliyyata girməlidir. Həkim yaxın durmur”.

Bu şikayətlə “Qafqazinfo”ya paytaxt sakini Ramilə Məmmədova müraciət edib.

Bununla bağlı 9 iyul tarixində “Qafqazinfo” xəbər yayıb.

Vətəndaş iddia edir ki, anası, Sumqayıt şəhər sakini Nuridə Zülfüqarovanın gözündəki problem həmin əməliyyatdan sonra yaranıb: “Anam astma xəstəsi olduğu üçün burnundakı polip onu çox narahat edirdi, nəfəs almasını çətinləşdirirdi. Buna görə də mayın 29-da anam Sumqayıt şəhərində yerləşən “Liman” klinikasında burun əməliyyatına girdi. Əməliyyatı Əfqan Ağagülov etdi. Əməliyyat bitəndən sonra biz anamın gözündə çəplik yarandığını gördük. Bununla bağlı həkimə bildirdikdə bizə dedi ki, “1 ay gözləyin, düzələcək”. 1 ayın tamamında qəbuluna getdik. Bu dəfə bizə dedi ki, “4-5 ay gözləyin”. Sual verdik ki, bəs, 4-5 ay sonra düzəlməsə? Dedi ki, “onda gedərsiniz, əməliyyat etdirərsiniz”. Pulumuz olmadığını, gözdəki problemi o yaratdığı üçün əməliyyatın da xərcini onun çəkməli olduğunu dedikdə isə bizə: “Sizə borcum var?!”- sözünü dedi.

Anamın əməliyyatı sığorta ilə olub. Buna görə də həkim deyir ki, “mənə heç bir pul verilməyib”.

Qızının sözlərinə görə, 54 yaşlı Nuridə Zülfüqarova II qrup əlildir. 35 ildən çox bağça müəllimi kimi fəaliyyət göstərib. Hazırda isə səhhətində yaranan problemdən dolayı işləyə bilmir: “Anam gözünə görə yeriyə də bilmir. Bu səbəbdən atam da işə gedə bilmir və ona qulluq edir. Biz başqa həkimlərin qəbulunda olduq. Hazırda anamın gözünü iki əməliyyat gözləyir. İlk olaraq gözünün alt hissəsindəki sümük 4 mm qırıldığı üçün təkrar əməliyyat edilməli, 6 ay sonra isə gözündə yaranan çəplik aradan qaldırılması üçün yeni bir əməliyyata girməlidir. Hər keçən gün bizim üçün olduqca önəmlidir. Çünki həkimlər bildirdi ki, əgər vaxtında əməliyyat olunmasa, görmə qabiliyyətini itirəcək. Axırıncı dəfə Əfqan Ağagülova ötən həftənin 5-ci günü zəng etdik. Ona bildirdik ki, əməliyyatın birinə 3 000 manat pul lazımdır. Pulu bizə yox, elə əməliyyatı edəcək həkimə verin. Lakin o verməyəcəyini bildirdi. Çarəsiz qalmışıq. Burnundakı problemi həll etdirmək istəyərkən daha böyük problemlə qarşı-qarşıyayıq. Başımız o qədər gözə qarışıb ki, artıq burun yaddan çıxıb”.

Şikayətçinin sözlərinə görə, onlar həkimlə danışıq apararaq məsələni həll etmək istəyiblər. Bunun üçün dəfələrlə onun qəbulunda olub, telefonla da danışıblar. Lakin həkim onlarla kobud rəftar edib. Buna görə də vətəndaş məsələ ilə bağlı Sumqayıt Şəhər Prokurorluğuna müraciət edib.

Məsələ ilə bağlı ittiham edilən tərəf - otorinolarinqoloq Əfqan Ağagülovla əlaqə saxlanıldı. Həkim bildirdi ki, şikayətçi şəxslər əməliyyatın müalicəsini gözləməyiblər: “Mənə deməyiblər ki, xəstəni müalicə et. Pul tələb edirlər. Mən özüm də bu gün hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm. Hərə öz əməlinə görə cavab verəcək. Mən sonuncu dəfə xəstəni müayinə edəndə gördüm ki, verilmiş təyinata əməl etməyib. Nuridə xanımın əməliyyatdan əvvəl və sonrakı müayinə nəticələri var. Həmin nəticələrdən irəliləyişin olduğu bəlli olur. Onlar xəstəni həkimdən qaçırdılar. Başqa professorların yanına apardılar. Mən onlara demişdim xəstəni gətirin. Lakin onlar gətirmədilər, müalicədən yayındılar. Müalicə davamlı getsə, irəliləyiş də olacaqdı. Onun burnu sağalmalıdır ki, daha sonra gözünü də müalicə edək. Əməliyyatların qiyməti də İcbari Tibbi Sığortanın xidmətlər zərfində var. İTS qanunla nizamlanan dövlət orqanıdır və onların dediyi cərrahi əməliyyat 250 manat qiymətləndirilir, 3000 manat yox. Məni döyməklə hədələdilər, təhqir etdilər. Bütün bunlara görə qanun qarşısında cavab verməli olacaqlar. Qanunvericiliklə hər şey həll olunur. Klinikanın təhlükəsizlik kameraları var. Əməliyyat olunan xanımın qızları öz telefonları ilə gizli şəkildə çəkiliş aparıblar. Xəstənin müalicəsini gözləmədən pul tələbinə başlayıblar”.

Son xəbərlər

Yerli xəbərlər
Dünən, 17:40

Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

Cəmiyyət
Dünən, 16:31

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Siyasət
Dünən, 16:22

Azərbaycan və Şri-Lanka dövlət xidmətləri sahəsində memorandum imzalamağı planlaşdırır

Cəmiyyət
Dünən, 16:19

Dövlət Ehtiyatları Agentliyinin Əsasnaməsi və strukturu təsdiq edilib

Cəmiyyət
Dünən, 16:12

Azərbaycan aeroportlarında VİP salondan istifadə hüququ olan vəzifəli şəxslərin siyahısı dəyişib

Cəmiyyət
Dünən, 15:09

Londondan qalxan təyyarə partlayış təhlükəsinə görə Polşada təcili eniş edib

Cəmiyyət
Dünən, 14:24

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Cəmiyyət
Dünən, 14:03

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

Cəmiyyət
Dünən, 13:26

Dövlət qulluğu imtahanlarının vaxtı və qaydaları açıqlanıb

Cəmiyyət
Dünən, 13:07

Vaqif Mustafazadənin qızı Paris Operasından ekranlara - FOTO

Cəmiyyət
Dünən, 12:56

Sabah Bakıda hava yağmursuz olacaq

Cəmiyyət
Dünən, 12:45

Elmi dərəcəli hərbçilər üçün leytenant rütbəsində olma müddətinin azaldılması qəbul edilib

Cəmiyyət
Dünən, 12:30

DİN KMBİ Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat keçirib - VİDEO

Yerli xəbərlər
Dünən, 12:24

Şəmkirdə 13 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb

Cəmiyyət
Dünən, 12:19

Kiyev yaxınlığında münaqişə: Petropavlovskaya Borşaqovkada nə baş verib?

Cəmiyyət
Dünən, 12:17

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Cəmiyyət
Dünən, 12:00

Özəl təyyarələrlə uçuş nə dərəcədə təhlükəsizdir?- SON iki günün ən çox müzakirə olunan mövzusu

Siyasət
Dünən, 11:38

Prezident İlham Əliyev Panama Prezidentini milli bayram münasibətilə təbrik edib

Cəmiyyət
Dünən, 11:29

Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Cəmiyyət
Dünən, 11:21

Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Cəmiyyət
Dünən, 11:05

Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi həbs olunub

Cəmiyyət
Dünən, 09:48

Nepalda iki turist helikopteri havada toqquşaraq yerə çırpılıb: bir nəfər ölüb - VİDEO

Cəmiyyət
Dünən, 09:45

Bakının dörd rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Cəmiyyət
Dünən, 09:31

15 yaşlı qızı aldadıb təcavüz etdi - Video çəkib hədələdi

Oxşar xəbərlər