Sumqayıtda fəhlə iş zamanı yanıq xəsarətləri alıb. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 15 iyul tarixində xəbər verir.
Hadisə "Tuqzavod" adlanan ərazidə yerləşən istehsal müəssisələrinin birində qeydə alınıb.
36 yaşlı Sumqayıt şəhər sakini Hamlet Şiriyev müəssisədə iş görən zaman termiki yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.