Sumqayıtda üç fəhlə qazdan zəhərlənib. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 9 iyul tarixində xəbər verir.
Hadisə şəhər ərazisində yerləşən istehsalat müəssisələrinin birində qeydə alınıb.
Belə ki, Sumqayıt sakinləri - 35 yaşlı Rəşad Heydərov, 32 yaşlı Valeh Talıbov və Lerik rayon sakini, 35 yaşlı Anar Talıbov işlədikləri müəssisədə istehsalat qazından zəhərləniblər.
Onlar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.