Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 3 avqust tarixində xəbər verir.
Hadisə şəhərin Nizami küçəsində, 1 nömrəli tam orta məktəbin qarşısında qeydə alınıb.
24 yaşlı Pərviz Bağırov tanışı Kamran adlı şəxslə (soyadı dəqiqləşdirilir) mübahisə edib.
Mübahisə nəticəsində tanışı Pərviz Bağırova 4 bıçaq zərbəsi endirib.
Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunublar. Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Sumqayıt Tibb Mərkəzindən məlumat verilib ki, 2000-ci il təvəllüdlü Pərviz Bağırov avqustun 2-də axşam saat 23:25 radələrində mərkəzin nəzdindəki Təcili Tibbi Yardım Xəstəxanasına daxil olub.
Döş qəfəsinin səthinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan şəxs cərrahi əməliyyat olunub. Reanimasiya şöbəsinə yerləşdirilən pasiyentin vəziyyəti orta ağır qiymətləndirilir.