Sumqayıtda 2002-ci il təvəllüdlü Əliyev Tural Elçin oğlu itkin düşüb. Bu barədə 16 may tarixində Report məlumat yayıb.
Məlumata əsasən, gənc oğlan mayın 9-da evdən çıxıb və geri qayıtmayıb. Onun yaxınları bu barədə polisə məlumat veriblər.
Bildirilib ki, sözügedən şəxsi görənlərdən və ya onun barəsində məlumatı olanlardan "102” Zəng Mərkəzinə və ya 050-776-97-49 telefon nömrəsinə zəng vurmaları xahiş olunur.