Sumqayıt şəhərində kafedə yanğın olub. Bu barədə oktyabrın 14-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə 13-cü mikrorayonda baş verib. Əraziyə 4 yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib.
Yanğın söndürülüb. Yaxınlıqdakı obyektlər alovdan mühafizə olunub.