Sumqayıt şəhərində sayca 5-ci “KOB Fest” sərgi-satış yarmarkası keçirilir. Bu barədə 11 iyun tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat yayıb.
Məlumata əsasən, təşkil olunan yarmarkada Sumqayıt şəhəri və ətraf rayonlardan olan 70-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin məhsulları təqdim edilir və satılır.
Bildirilib ki, yarmarkada yerli istehsalla yanaşı, təhsil, informasiya texnologiyaları, maliyyə və digər sahələrdə xidmət göstərən KOB subyektlərinin xidmətləri sərgilənir.
Qeyd olunub ki, “KOB Fest” Bakı, Şəmkir, Gəncə və Lənkəran şəhərlərində təşkil edilib.
Yarmarka saat 20:00-dək davam edəcək. Növbəti “KOB Fest”in iyunun 18-də Quba şəhərində, iyul ayında isə Şəki şəhərində keçirilməsi nəzərdə tutulub.
[URIS id=53093]