Sumqayıt şəhərində küçədə kişi meyiti aşkarlanıb. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 5 oktyabr tarixində xəbər verir.
Sumqayıt şəhərinin Üzeyir Hacıbəyli küçəsi, 9-cu mikrorayon ərazisində Zaur adlı 50-55 yaşlarında olan şəxsin ürəktutmasından dünyasını dəyişdiyi bildirilir.
Hadisə yerinə Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları, Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının briqadası cəlb olunub.