Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində hərbi sursat aşkar edilib. Bu barədə 13 iyun tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Məlumata əsasən, aşkar edilmiş sursatın 35 millimetrlik yandırıcı zirehdələn zenit mərmisi olduğu müəyyən edilib.
Sursat zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.