Sumqayıtda “Hyundai” markalı mikroavtobus aşıb. Nəticədə 7 nəfər xəsarət alıb. Bu barədə mayın 10-da APA məlumat yayıb.
Hadisə Sumqayıt Texnologiyalar Parkının qarşısından keçən avtomobil yolunda qeydə alınıb. Şirkətə məxsus mikroavtobusun sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarına aşırıb.
Xəsarət alanlar xəstəxanada tibbi yardım göstərildikdən sonra ambulator nəzarətə göndəriliblər.
Faktla bağlı araşdırma aparılır.