Sumqayıtda müəllim dərs zamanı vəfat edib. Bu barədə 18 oktyabr tarixində APA məlumat verib.
Hadisə şəhərin İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbində baş verib.
Belə ki, məktəbin rus bölməsinin Azərbaycan dili müəllimi, 1959-cu il təvəllüdlü Camalov Şaiq Cəbrayıl oğlu bu gün səhər saatlarında ürək tutmasından məktəbdə vəfat edib. Müəllim dərs prosesi zamanı özünü pis hiss etdiyindən sinifdən çıxıb və qəfil dünyasını dəyişib.