Dünən, mayın 17-də Sumqayıt şəhərində Peşələr Festivalı keçirilib. Bu barədə 18 may tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifəsində məlumat verilib.
“Öyrən, Əylən, Peşəni seç” devizi ilə, müxtəlif peşələr üzrə ekspertlərin iştirakı ilə keçirilən festivalda iştirakçılar peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənib. Daha sonra qonaqlar festivalda təqdim olunan peşələrin stendləri ilə tanış olub, ekspertlərlə söhbət ediblər.
Qeyd edək ki, növbəti festival 19 may tarixində Lənkəranda keçiriləcək. Festivalda iştirak ödənişsizdir. Peşələr Festivalı 15 may - 2 iyun tarixlərində 10 şəhər və rayonda keçiriləcək. İlk tədbir 15 may tarixində Şamaxıda keçirilib.