Sumqayıtda qardaş qardaşı bıçaqlamaqda şübhəli bilinir. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 3 avqust tarixində xəbər verir.
Hadisə 10-cu mikrorayonda qeydə alınıb.
Məlumata görə, şəhər sakini, 1975-ci il təvəllüdlü İsmayılov Sabit Məmməd oğlu aralarında baş vermiş münaqişə zəminində qardaşı, 1972-ci il təvəllüdlü İsmayılov Ədalət Məmməd oğlunu bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.