Sumqayıtda qumbara tapılıb. Bu barədə 22 iyun tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Məlumata əsasən, hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın F-1 əl qumbarası olduğu müəyyən edilib.
Bildirilib ki, qumbara zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.