Sumqayıt şəhərində sexdə yanğın başlayıb. Bu haqda mayın 17-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə yerinə qurumun əməkdaşları cəlb olunub. Alovun yayılmasının qarşısı alınıb. Hazırda yanğınsöndürmə işləri davam edir.
Əlavə məlumat veriləcək.