Sumqayıtda yol qəzası baş verib, bir nəfər vəfat edib. Bu haqda mayın 9-da Trend xəbər yayıb.
Hadisə mayın 8-də saat 3 radələrində baş verib. R.Məmmədov idarə etdiyi “Khazar” markalı avtomobili yolun kənarındakı maneəyə çırpıb. Qəza nəticəsində avtomobilin sərnişini Elxan Səmədov hadisə yerində dünyasını dəyişib, sürücü isə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.