Bakıda 2 yaşlı körpə hündürlükdən yıxılaraq ağır xəsarət alıb. Bu barədə iyulun 1-də Report xəbər yayıb.
Hadisə Suraxanı rayonunda qeydə alınıb. Belə ki, Əmircan qəsəbəsində 2 yaşlı körpə yaşadığı evin ikinci mərtəbəsindən ehtiyatsızlıqdan yerə yıxılıb.
Uşaq xəstəxanaya çatdırılıb. Onda sol bud sümüyünün yerdəyişən sınığı müəyyən edilib.
Hadisənin təfərrüatı araşdırılır.