Goranboyda avtomobil dərəyə aşıb. Bu haqda oktyabrın 22-də APA xəbər yayıb.
Hadisə dünən saat 18 radələrində Goranboy rayonunun Yuxarı Ağcakənd kəndi ərazisində baş verib. Rayon sakini Ədalət Qurbanov sürücülük hüququ olmadan idarə etdiyi “Niva” markalı avtomobili dərəyə aşırıb.
Nəticədə sərnişin, 1983-cü il təvəllüdlü Goranboy sakini Habil Şəmilov hadisə yerində ölüb.
Faktla bağlı polis şöbəsində araşdırma aparılır.