Azərbaycan və Türkiyə rəsmiləri Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə gələn həftə Şuşada toplanacaq. Bunu Report-a qonşu ölkənin xarici işlər nazirinin müavini Yavuz Selim Kıran bildirib.
Qeyd edilib ki, baş tutacaq tədbirdə Türkiyə rəhbərliyinin geniş heyətlə təmsil olunması planlaşdırılıb.
Azərbaycan-Türkiyə arasında müttəfiqlik haqqında "Şuşa Bəyannəməsi” iyunun 15-də Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev tərəfindən imzalanıb. Müqaviləyə əsasən, dövlətlərdən hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar atacaqlar.