Bu gün, iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümüdür.
Azərbaycan-Türkiyə arasında müttəfiqlik haqqında bəyannamə Şuşada Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev tərəfindən imzalanıb. Sənəd fevralın 1-də Azərbaycan Milli Məclisi, fevralın 3-də Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiqlənib.
Müqaviləyə əsasən, dövlətlərdən hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar atacaqlar.
Qeyd edək ki, bu münasibətlə iki qonşu ölkənin rəsmiləri iyunun 15-də Şuşada toplanacaq.