Şuşa şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin yeni tədris ilində təhvil verilməsi nəzərdə tutulub. Bu barədə 17 iyun tarixində Təhsil nazirliyi məlumat verib.
Məlumata əsasən, Ağdam şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikinti işlərinə də başlanılıb, ilin sonunda təhvil verilməsi planlaşdırılıb.
Həmçinin Cəbrayıl və Füzuli şəhərlərində hər ikisi 960 şagird yerlik məktəblərin tikintisi nəzərdə tutulur.
Bildirilib ki, Tərtər rayonu Suqovuşan qəsəbə 144 şagird yerlik tam orta məktəbinin layihələndirilməsi ilə bağlı layihə-smeta sənədləri hazırlanıb.