Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin görüşü keçiriləcək
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşü keçiriləcək. Bu haqda mayın 13-də Report məlumat yayıb.
Toplantı mayın 22-də baş tutacaq. İclasın gündəliyi hələlik elan edilməyib.