top
Şuşada fransız kolonializminə dair hesabat təqdim edilib
22 iyul 2024, 00:18
- ↺ +

Şuşada fransız kolonializminə dair hesabat təqdim edilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

II Şuşa Qlobal Media Forumu çərçivəsində “Fransız kolonializminin təkamülü: siyasi və konstitusional tədqiqat” adlı hesabat təqdim edilib. Bu barədə Report 22 iyul tarixində xəbər verib.

Sənəd Bakı Təşəbbüs Qrupunun sifarişi ilə BMT-nin tanınmış eksperti, ABŞ vətəndaşı Dr. Carlyle G. Corbin tərəfindən hazırlanıb.

140 səhifəyə yaxın tədqiqatda Fransanın keçmiş və hazırkı koloniyaları – Vyetnam, Əlcəzair, Yeni Kaledoniya (Kanaki), Fransız Polineziyası (Maohi Nui), Saint Martin, Saint Barthelemy, Mayotte (Qəmər Adaları İttifaqının ərazisi hesab olunur), Reunyon, Martinik, Qvadelupa və Fransız Qvianasının kolonizə edilməsinin tarixçəsi, habelə Fransanın hazırkı kolonial siyasəti barəsində məlumat verilib.

Carlyle G. Corbin vurğulayıb ki, Kaledoniyada hazırda baş verənlər kolonial sistemin hələ də qaldığını göstərir.

Beynəlxalq hüquqi sənədlər əsasında tərtib edilmiş hesabatda Fransa tərəfindən törədilmiş və hazırda törədilən cinayətlər (etnik təmizləmə, köləlik ticarəti, yerli əhalinin repressiyaya məruz qalması, həbs və qətlə yetirilməsi, aclıqdan qırılması və s.), BMT qətnamələrinin icra edilməməsi, bu əməllərinin kökündə duran Fransanın siyasi, hərbi strateji və iqtisadi maraqları haqqında geniş şəkildə bəhs edilib.

Xüsusi olaraq qeyd olunub ki, Yeni Kaledoniyada hazırda cərəyan edən proseslərin kökündə Fransa Prezidenti Emmanuel Makronun yerli əhalinin dekolonizasiya prosesi ilə əlaqədar tələblərinə göz yumması, öz siyasi kolonial siyasətini zorla irəlilətmək istəyi olub. Bundan əlavə, Fransa rəsmilərinin Yeni Kaledoniyada baş verən son iğtişaşların xarici qüvvələrin, xüsusilə də Azərbaycanın müdaxiləsi ilə əlaqələndirməsinin əsassız olduğu qeyd olunub, bunun beynəlxalq ictimaiyyəti yerli kanak xalqının haqlı tələblərindən yayındırmaq məqsədi daşıdığı vurğulanıb.

Hesabat müəllifi qeyd edib ki, tədqiqat Fransa hökumətinin koloniyalarda beynəlxalq hüquqa zidd olan hərəkətləri barədə beynəlxalq ictimaiyyətin məlumatlılığının artırılmasına, ümumilikdə çağdaş dövrün bəlalarından biri olan kolonializm probleminə diqqət çəkməyə xidmət edəcək.

Bildirilib ki, tədqiqatın BMT və onun ixtisaslaşmış qurumlarına, habelə Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Afrika İttifaqı, ATƏT və digər beynəlxalq təşkilatlara göndərilməsi nəzərdə tutulur.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 17:40

Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

Cəmiyyət
Bu gün, 16:31

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Siyasət
Bu gün, 16:22

Azərbaycan və Şri-Lanka dövlət xidmətləri sahəsində memorandum imzalamağı planlaşdırır

Cəmiyyət
Bu gün, 16:19

Dövlət Ehtiyatları Agentliyinin Əsasnaməsi və strukturu təsdiq edilib

Cəmiyyət
Bu gün, 16:12

Azərbaycan aeroportlarında VİP salondan istifadə hüququ olan vəzifəli şəxslərin siyahısı dəyişib

Cəmiyyət
Bu gün, 15:09

Londondan qalxan təyyarə partlayış təhlükəsinə görə Polşada təcili eniş edib

Cəmiyyət
Bu gün, 14:24

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Cəmiyyət
Bu gün, 14:03

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

Cəmiyyət
Bu gün, 13:26

Dövlət qulluğu imtahanlarının vaxtı və qaydaları açıqlanıb

Cəmiyyət
Bu gün, 13:07

Vaqif Mustafazadənin qızı Paris Operasından ekranlara - FOTO

Cəmiyyət
Bu gün, 12:56

Sabah Bakıda hava yağmursuz olacaq

Cəmiyyət
Bu gün, 12:45

Elmi dərəcəli hərbçilər üçün leytenant rütbəsində olma müddətinin azaldılması qəbul edilib

Cəmiyyət
Bu gün, 12:30

DİN KMBİ Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat keçirib - VİDEO

Yerli xəbərlər
Bu gün, 12:24

Şəmkirdə 13 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb

Cəmiyyət
Bu gün, 12:19

Kiyev yaxınlığında münaqişə: Petropavlovskaya Borşaqovkada nə baş verib?

Cəmiyyət
Bu gün, 12:17

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Cəmiyyət
Bu gün, 12:00

Özəl təyyarələrlə uçuş nə dərəcədə təhlükəsizdir?- SON iki günün ən çox müzakirə olunan mövzusu

Siyasət
Bu gün, 11:38

Prezident İlham Əliyev Panama Prezidentini milli bayram münasibətilə təbrik edib

Cəmiyyət
Bu gün, 11:29

Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Cəmiyyət
Bu gün, 11:21

Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Cəmiyyət
Bu gün, 11:05

Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi həbs olunub

Cəmiyyət
Bu gün, 09:48

Nepalda iki turist helikopteri havada toqquşaraq yerə çırpılıb: bir nəfər ölüb - VİDEO

Cəmiyyət
Bu gün, 09:45

Bakının dörd rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Cəmiyyət
Bu gün, 09:31

15 yaşlı qızı aldadıb təcavüz etdi - Video çəkib hədələdi

Oxşar xəbərlər