İyunun 1-də Şuşada məktəblilər arasında “Şuşa ili”nə həsr olunmuş “Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsinin yekun konsert proqramı keçiriləcək. Bu barədə mayın 27-də Təhsil Nazirliyi xəbər verib.
Tədbir Şuşa Real Məktəbinin qarşısında baş tutacaq. Tədbirdə müsabiqə qaliblərinin rəsm və əl işlərindən ibarət sərgi təşkil olunacaq, ədəbi-bədii kompozisiyalar nümayiş olunacaq.
Müsabiqəyə ümumilikdə 10 000-dən çox şagird qatılıb.