Şuşa şəhərində Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb. Bu barədə 27 sentyabr tarixində Report məlumat verir.
Bu gün ölkənin hər yerində olduğu kimi, saat 12:00-da Şuşa şəhərində də Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Anım mərasimləri şəhərin müxtəlif məkanlarında baş tutub. Şəhərdə nəqliyyatın və piyadaların hərəkəti dayanıb, avtomobillər siqnal verib.
Eyni zamanda ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş digər qəhrəman Vətən övladlarının xatirəsinə də sayğı duruşu göstərilib.