Bir neçə gün sonra Şuşada ilk yaşayış kompleksinin tikintisinə başlanılacaq. APA xəbər verir ki, bunu mayın 19-da Prezidentin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.
Onun sözlərinə görə, artıq Şuşada xəstəxana və orta məktəbin inşası prosesi sürətlənməkdə və şəhərin həyat rejimi bərpa olunmaqdadır.