Bakıda Şuşa şəhərinin 270, Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinə həsr olunan konfrans keçirilib. Bu haqda mayın 28-də Azərtac məlumat yayıb.
Konfransda Beynəlxalq Türk Akademiyasının qazax dilində nəşr etdiyi “Qarabağ: Azərbaycanın incisi – tarixi, mədəniyyəti, təbiəti” kitab-albomunun təqdimatı keçirilib.
Tədbirdə bir sıra elm və ədəbiyyat xadimləri iştirak ediblər.
Konfrans Beynəlxalq Türk Akademiyasının birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində keçirilib.