Türkiyənin ASELSAN şirkətinin İdarə Heyətinin rəhbəri Haluk Görgün bildirib ki, şirkət Azərbaycanda ağıllı şəhərlər, siqnalizasiya və avtomatlaşdırma kimi layihələrlə fəaliyyət göstərməyi planlaşdırır. Bu barədə 29 dekabr tarixində Report məlumat verib.
"PUA-larımızın təsirli şəkildə istifadəsi Qarabağ zəfərinin qazanılmasına böyük töhfə verdi", - deyə Haluk Görgün əlavə edib.
ASELSAN (Hərbi Elektronik Sənayesi) - 1975-ci ildə Türkiyə Silahlı Qüvvələrinin xəbərləşmə cihaz ehtiyaclarının qarşılanması məqsədiylə qurulmuşdur.